DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyətində dəyişiklik baş verib.
Msport.az xəbər verir ki, “Trabzonspor”da çıxış edən Oleksandr Zubkov düşərgəyə qoşulmayacaq.
Onun zədəsi olduğu bildirilir. Zubkovun əvəzinə heyətə “Şaxtyor”dan Oleq Oçeretko dəvət alıb.
Qeyd edək ki, Ukrayna millisi oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycanla qarşılaşacaq.