Şotlandiya nəhənglərindən olan "Reyncers" Rassel Martinin baş məşqçi postundan qovulduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yayda komandanın başına keçən mütəxəssis 7 Premyer Liqa matçında cəmi 1 qələbə qazanıb. Beş oyunda heç-heçəyə razılaşan, bir görüşdə uduzan "Reyncers" Avropa Liqasındakı hər iki matçda da məğlub olub.
İnsayder Ben Yakobsun iddiasına görə, qlazqoluları 2024-cü ildə "Antverpen"dən ayrıldıqdan sonra işsiz qalan Mark van Bommel çalışdırmağa real namizəddir.
Maraqlıdır ki, "Reyncers" rəhbərliyi yayda van Bommeli baş məşqçi təyin etmək istəsələr də, sonda Martini seçib.
Mirağa