AZ

Britaniyada məscid yandırıldı – ANBAAN VİDEO

Dünən Böyük Britaniyanın Pisheyven şəhərində naməlum şəxslər məscidi yandırıblar. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Sasseks qraflığının polisi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında baş verib. Yanğın nəticəsində məscidin əsas girişi və yaxınlıqda park edilmiş avtomobilə zərər dəyib. İnsident zamanı xəsarət alan olmayıb.

Polis yanğını nifrət zəminində törədilmiş cinayət kimi araşdırır və faktla bağlı istintaq aparılır.


Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr