AZ

Ukrayna ZƏİF nöqtələri tapdı: Rusiya 4 gündür BOMBALANIR, Zelenskidən ANONS – CANLI

Ukrayna Rusiyanın zəif nöqtəsini tapıb və məhz o nöqtəyə vurur. Əgər əvvəl neft emalı zavodlarına zərbələr 2-4 gün intervalla endirilirdisə, son 4 gündə hər gün hücum edilir. Axar.az bildirir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“3 oktyabrda- Orskda neft emalı zavodu, 4 oktyabrda Kiriş neft emalı zavodu, 5 oktyabrda Kstov neft emalı zavodu, 6 oktyabrda Feodosiyada neft anbarları vurulub.

Daha bir maraqlı fakt. Əgər əvvəl Ukrayna ordusu zərbələri kombiləşdirməyə çətinlik çəkirdisə (yəni eyni zamanda həm hərbi sənaye kompleksinə aid obyektlərə, hər enerji infrastruktura, həm neft emalı zavodlarına), son 4 gün ərzində biz gerçək kombiləşdirilmiş zərbələri müşahidə edirik.

Son 4 gündə Rusiya hərbi sənaye kompleksinə aid bir çox obyektlər vurulub. Hərbi-texniki imkanlar genişlənir, zərbələr güclənir”, - politoloq vurğulayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
15
5
musavat.com

6Mənbələr