AZ

Söküləcəyi deyilən tarixi bina ilə bağlı açıqlama VİDEO

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələrdə Bakı şəhəri, Yasamal rayonu Rza Quliyev küçəsi 4 ünvanında yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb.

Bakupost.az Qafqazingo-ya istinadla xəbər verir ki, sözügedən binanın yaxın vaxtlarda söküləcəyi, artıq bununla bağlı yaşayış yerinin üzərində müvafiq işarələrin də qoyulduğu deyilir.

Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, həmin binanın sökülməsi nəzərdə tutulmayıb: “Bildirmək istəyirik ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.

Komitədən əlavə edilib ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.

Söküləcəyi deyilən tarixi bina ilə bağlı açıqlama - Video

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
7
www.bakupost.az

8Mənbələr