AZ

Zukerberq 70 futbol meydançası böyüklüyündə süni intellekt mərkəzi tikir

Zukerberq

Milyarder Mark Zukerberqə məxsus olan, ABŞ-nın Luiziana ştatında yerləşən "Meta" şirkəti təxminən 371 600 kvadrat metrə qədər sahəsi olan süni intellekt məlumat mərkəzi inşa edir. Bu, təxminən 70 futbol meydançasına bərabərdir.

Reyting.az
xəbər verir ki, layihənin dəyəri 10 milyard dollardır.

Yeni mərkəzin fəaliyyəti üçün əlavə 3 milyard dollarlıq böyük infrastrukturun qurulması da nəzərdə tutulur. Lakin bəzi yerli sakinlər bu tikintinin elektrik və su təchizatına mənfi təsir göstərəcəyindən narahatdırlar.

Yerli "Entergy Louisiana" şirkəti bu yeni mərkəzə enerji verəcək və üç qaz turbinini quraşdıracaq.

Şirkətin sözçüləri bildiriblər ki, bu infrastruktura çəkiləcək maliyyə xərclərini də layihə müəllifi kimi "Meta" şirkəti özü qarşılayacaq. Bununla belə, "Entergy Louisiana" şirkəti öncədən xəbərdarlıq edib ki, Zukerberqin layihəsi həmçinin müştərilərin enerji haqlarının təxminən 10 faiz azalmasına səbəb ola bilər.

Tikinti nəticəsində 500 daimi və dolayısı ilə 5 min arası iş yeri yaradılacaq.

"Meta" şirkətinin bu yeni layihəsinə münasibət bildirən tənqidçilərin fikrincə, burada tikiləcək Süni İntellekt Mərkəzi tezliklə su ehtiyatlarına çox mənfi təsir göstərəcək.

Belə iddialara cavab verən "Meta" şirkətiisə bildirib ki, onlar artıq su dayanıqlığını təmin edəcək tədbirlər görüblər və nəinki inşaat zamanı, hətta bundan sonra belə yeni tikilən mərkəzdə yeraltı sulardan istifadə edilməyəcək.

Oqtay QORÇU
Seçilən
15
1
reyting.az

2Mənbələr