AZ

Bakıda ilk dəfə “I Beynəlxalq Parazitologiya Konfransı” keçirilib - FOTOLAR

3–4 oktyabr 2025-ci il tarixlərində Bakıda Radisson otelində ölkəmizdə ilk dəfə “I Beynəlxalq Parazitologiya Konfransı” keçirilib.

E-saglam.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Azərbaycan Fitoterapevtlər İctimai Birliyi və Nərgiz Klinikasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın məqsədi parazitoloji xəstəliklərə qarşı müasir yanaşmaları müzakirə etmək, multidisiplinar əməkdaşlığı gücləndirmək və beynəlxalq təcrübə mübadiləsini təşviq etmək olub.

Tədbirdə Azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə və İrandan dəvət olunmuş tanınmış alim və həkimlər də çıxış edərək öz bilik və təcrübələrini yerli iştirakçılarla bölüşüblər.

Konfransdan öncə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda iştirakçılar üçün praktik təcrübə kursu da təşkil olunub. Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən konfrans 7, kurs isə 6 davamlı tibbi təhsil balı ilə qiymətləndirilib.

E-saglam.az

 

Seçilən
6
e-saglam.az

1Mənbələr