Azərbaycanlı futbolçu Elmir Tağıyev Kosovo çempionatında 2-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, onun komandası ölkə çempionatının 8-ci turunda "Ferizay"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Tağıyev bu matça start heyətində başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, onun komandası 8 turdan sonra 10 komanda arasında 11 xalla 4-cü pillədədir.
saytlarin hazirlanmasi