AZ

Emin Əmrullayev rektorlarla iclas keçirib

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Toplantı "Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası" layihəsinə həsr edilib

Bakı Dövlət Universitetində "Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası" layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclas keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

İclasda "Elm və ali təhsil ekosisteminin gücləndirilməsi" mövzusunda təqdimat edilib. Təqdimatda 2022-25-ci illərdə elm və ali təhsil sahəsində əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Müzakirələr zamanı ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi kimi prioritetlər diqqətə çatdırılıb.

Bununla yanaşı, ali təhsil müəssisələrinin strateji inkişaf planlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və nəticəəsaslı elmi tədqiqatların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

İştirakçılar qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən ali təhsil ekosisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakı rolunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
7
ayna.az

10Mənbələr