AZ

Bu ilin doqquz ayında dövlət qurumlarına qarşı kiberhücumların sayı açıqlanıb

Bakı.Trend:

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648kiberhücum indikatoru (IOC) müəyyən edib.

Dövlət Xidmətindən Trend-ə bildirilib ki, bu göstərici ötən ilin eynidövrü ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isədövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılmasınəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarınaümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxiliaraşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuşinsidentlərin araşdırılması nəticəsində müəyyən olunaraqbloklanıb.

Seçilən
14
11
az.trend.az

10Mənbələr