Bakı.Trend:
Okyabrın 6-da Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriFerqus Auld ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müdafiə naziri Azərbaycan ilə Böyük Britaniyaarasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrinxüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusununinkişafına töhfə verəcəyini bildirib.
Cənab F.Auld isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığınmövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrimizin daha dainkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətinivurğulayıb.
Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan GavinTarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədəəməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik,həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirəediblər.