AZ

“Bakı Metropoliteni” özünü reklam etmək istədi, linç edildi: “Mənim qatarım bizi soyur, hamamdır, nağıl danışmayın…”

“Bakı Metropoliteni” QSC-nin rəsmi “Feysbuk” səhifəsindəki “Mənim qatarım məni dərsə gecikdirmir” paylaşımı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, piar xarakterli paylaşım əks effekt verib. Yazılan “32+2=34  Hər gün minlərlə şagirdlə yol yoldaşıyıq. Sizi vaxtında məktəbə çatdırmaq, təhlükəsiz hərəkətinizi təmin etmək fəaliyyətimizin mühüm hissəsidir. Əziz məktəblilər və təhsil ocaqlarına gedən bütün sərnişinlərimiz, yolunuz açıq, uğurlarınız davamlı olsun!” qeyd barədə şərhlərin bir hissəsini təqdim edir.

“Qatarın sahibləri kefləri istəyəndə qiyməti bahalaşdırır, tələbəni, şagirdi dərsə baha aparırlar. Şablon arzulardansa, real addım atıb tələbəyə, şagirdə uyğun qiymətlə kart vermək lazımdır”.

“Aylıq paket yaradın, dərslərə az pul ödəyərək getsinlər. Sizin şablon arzunuzun tələbələrə və şagirdlərə heç bir xeyri yoxdur”.

“Mənim qatarım bizi soyur, oranın rəisi özünə subsidyalar yazsın, pullar xərcləsin, o subsidyaları metroya minən kasıb-kusub ödəsin. Qiymətləri aşağı salın, nağıl danışmayın”.

“Sənin qatarın hansıdır, de, səhər biz də işə o qatarla gedək”.

““Leş” vaqonlarınızla hər il qiyməti artıra bilirsiniz. Halaldır, hər igidin işi deyil, 2026-cı ilin sonuna kimi 1 azn edəcəksiniz”.

“Reklam etdiyiniz 1 dəqiqə 45 saniyə interval çox çəkmədi”.

“Siz özünüzdən başqa kimisə düşünmürsünüz. Şagird düşünən olublar guya”.

“Mənim qatarım qiymətləri 1 manat etməyə hazırlaşır”.

“32+2=34 yox, 50+10=60 olmalı idi”.

“Mənim qatarım hamamdır”.

“Özünüzü gülünc obyektinə çevirməkdən bezib usanmırsınız…”

Seçilən
4
3
konkret.az

4Mənbələr