AZ

Əyalətdə qorxulu anlar yaşayan hücumçu bir də nə vaxt… VİDEO

“Sabah”ın hücumçusu Coy-Lens Mikelsin son durumu məlum olub.

O, “Karvan-Yevlax”la Premyer Liqanın 7-ci tur matçının (2:0) 90-cı dəqiqəsində aldığı rəqib qapıçı ilə toqquşaraq xəsarət almış, meydanı təcili yardım maşını ilə xəstəxanaya çatdırılmışdı.

Mikels tam tibbi müayinədən keçib və daxili orqanlarında ciddi zədə və ya qanaxma aşkarlanmayıb.

Həkimlərin rəyinə əsasən, ona qabırğa əzilməsi diaqnozu qoyulub. Almaniyalı legionerin bərpa müddəti yaxın günlərdə müəyyən ediləcək.

İlkin ehtimal budur ki, Mikels təqribən 2-3 həftə yaşıl sahələrdən uzaq qalacaq. Müalicə prosesinin 1 aya qədər uzanması da istisna edilməməlidir.

SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Seçilən
8
sportinfo.az

1Mənbələr