AZ

Kannavaro bu türk ölkəsinin yığmasını çalışdıracaq

İtaliya futbolunun canlı əfsanəsi Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Milli komanda tarixində ilk dəfə vəsiqə qazandığı dünya çempionatında F.Kannavaronun rəhbərliyi altında çıxış edəcək.

Yerli mətbuatın iddiasına görə, yeni baş məşqçinin illik məvacibi 4 milyon avro olacaq.

Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu olub. O, əvvəllər Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin bir neçə klubunu, eləcə də bu ölkənin yığmasını çalışdırıb. İtaliyada isə “Benevento” və “Udineze”yə rəhbərlik edib.

Seçilən
1
1
axar.az

3Mənbələr