AZ

Atanesyan: 99 il Naxçıvana gediş-gəliş belə olacaq

BAKI, 6 oktyabr. TELEQRAF

“Tramp yolu” və ya Zəngəzur dəhlizinə 99 il ABŞ nəzarət edəcək.

Teleqraf xəbər verir ki, bunu “BBC News”un erməni müxbiri Qriqor Atanesyan deyib.

Jurnalist bildirib ki, 43 kilometrlik yol İranla bütün sərhəd boyu Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək:

“Burada dəmir yolları, magistral yollar, boru kəmərləri çəkəcəklərinə də söz verirlər. Donald Tramp söyləyib ki, bu, hər üç ölkəyə iqtisadi fayda gətirəcək və bura böyük həcmdə pul qoyulacaq. Nəqliyyat sistemi sıfırdan qurulacaq”.

Atanesyanın fikrincə, Trampın müdaxiləsi Rusiyanın ənənəvi olaraq “öz təsir dairəsi” hesab etdiyi regionda geosiyasi tarazlığı dəyişir. Eləcə də proseslərə təsir imkanları olmayan İran baxımından.

Seçilən
9
6
teleqraf.com

7Mənbələr