AZ

Zelenskini hərbi cinayətlərə görə mühakimə edəcək: Prezident seçilsə

Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç prezident olarsa, hazırkı dövlət başçısı Vladimir Zelenskini hərbi cinayətlərə görə ittiham edəcək.

Publika.az xəbər verir ki, Arestoviç bu barədə jurnalist Kseniya Sobçaka müsahibəsində bildirib.

“Mən Zelenskini Ukraynaya qarşı cinayət məcəlləsinin konkret maddələrinə aid olan cinayətlər törətmiş hərbi cinayətkar kimi mühakimə etmək niyyətindəyəm”, - Arestoviç bildirib.

Qeyd edək ki, Arestoviç daha əvvəl Putini “ixtisaslı oyunçu” kimi qiymətləndirmişdi. Keçmiş müşavir əlavə edib ki, Rusiyanın lideri olsaydı, “Putindən daha sərt” olardı.

Seçilən
11
publika.az

1Mənbələr