AZ

AzMİU və Holberton School arasında əməkdaşlıq genişlənir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və beynəlxalq“Holberton School” şəbəkəsi arasında əməkdaşlıq daha da dərinləşir.Bu məqsədlə “Holberton School”un baş icraçı direktoru (CEO) FlorianBucher, “Holberton School Azerbaijan”ın rəhbəri Şəmsi Bayramzadə vəİnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)sektor müdiri Vüsalə Qurbanova AzMİU-da olublar və universitetinrektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

Görüşdə universitetin hər iki tərəfdən nümayəndələr də iştirakediblər. Tərəflər “Holberton School” şəbəkəsi ilə AzMİU arasındamövcud əməkdaşlıq əlaqələrini müzakirə edib, gələcək birgəlayihələrin istiqamətlərini müəyyənləşdiriblər.

Rektor professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİUinformasiya texnologiyaları yönümlü ixtisaslarda tədrisi dünyastandartlarına uyğunlaşdırmaq istiqamətində ardıcıl addımlar atır.Vurğulanıb ki, tələbələr üçün nəzəri biliklərləə yanaşı, praktikitəlimlərin təşkili onların əmək bazarına tam hazırlanmasına vərəqabətədavamlı kadr kimi yetişməsinə xidmət edir.

Florian Bucher və Şəmsi Bayramzadə AzMİU ilə əməkdaşlıqdanməmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hazırda AzMİU-nun 25tələbəsi “Holberton School Azerbaijan”da təhsil alır. Onlarbeynəlxalq proqram əsasında yüksək səviyyəli İT mütəxəssisləri kimiyetişdirilir.

Vüsalə Qurbanova isə İRİA tərəfindən ali təhsil müəssisələrindərəqəmsallaşma ilə bağlı aparılan işlərin diqqətlə izlənildiyini,AzMİU-nun təşəbbüslərinin mühüm əhəmiyyətə malik olduğunu qeydedib.

AzMİU-nun İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinindirektoru Sərxan Talıbzadə və İnformasiya texnologiyaları vəsistemləri kafedrasının müdir müavini dosent Rəşad İsmibəyli çıxışedərək bildiriblər ki, “Holberton School” şəbəkəsi ilə əməkdaşlıqtədris imkanlarının genişləndirilməsi üçün əlverişli şəraityaradır.

Görüş zamanı AzMİU ilə “Holberton School” arasında əməkdaşlığıngenişləndirilməsi, daha çox tələbənin bu layihəyə cəlb olunması vəAzMİU-nun İT ixtisaslarında dərs deyən müəllimlərin “Maşın öyrənmə”və “Süni intellekt” üzrə “Holberton School” mütəxəssisləritərəfindən təlimlərə cəlb edilməsi istiqamətində fikir mübadiləsiaparılıb.

Müzakirələr zamanı, həmçinin AzMİU-nun CODEX IT Akademiyasıçərçivəsində birgə fəaliyyətlərin uğurla həyata keçirildiyivurğulanıb. Qeyd olunub ki, AzMİU-nun İnformasiya-kommunikasiyatexnologiyaları mərkəzinin nəzdində yaradılan bu akademiyauniversitet-sənaye əməkdaşlığının yeni mərhələsidir. “CODEX”hazırda “Huawei”, “Holberton School Azerbaijan”, “İnnab” PeşəkarTəlim Platforması və “Prosol” kibertəhlükəsizlik şirkəti iləəməkdaşlıq edir və tələbələrin beynəlxalq sertifikatlar qazanmasınareal imkan yaradır.

Sonda AzMİU və “Holberton School Azerbaijan” arasında əməkdaşlıqmemorandumu imzalanıb. Sənəd gələcəkdə birgə təlim proqramları vəinnovativ İT layihələrinin həyata keçirilməsi üçün geniş imkanlaryaradacaq.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Seçilən
23
3
az.trend.az

5Mənbələr