AZ

Lətifə qazanc yerini açıqladı

"Sənətə gələndə düşünürdüm ki, məni atam gətirib. Bütün maliyyəni atam verirdi".

 

"Cebheinfo.az" axşam.az-a istinadən xəbər verir ki, bunu müğənni Lətifə Soyuöz "İncə səhər" verilişində deyib.

O bildirib ki, sənətdən gəlir əldə edə bilmir: 

"Gördüm qazancla səhnəni birləşdirə bilmirəm. Çünki repertuarıma qarşı çox diqqətliyəm. Mahnını illərlə seçə bilirəm. Ortaya az, amma keyfiyyətli mahnı çıxarıram.

Düşündüm ki, maliyyəni isənətdən yox, biznesdən qazanım. Nənəm, ailəm biznes işi görür. Mənim üçün keyfiyyət önəmlidir. Sənəti çox sevirəm, 6 yaşımdan peşəkar musiqi ilə məşğul olmuşam. Musiqi akademiyasını bitirmiş, xaricdə master klasslar keçmişəm. Bir övlad kimi mənim də üzərimə çox xərc qoyulub". 

"Cebheinfo.az" 

Seçilən
15
2
cebheinfo.az

4Mənbələr