ain.az, sport24.az portalına istinadən məlumat verir.
"Sabah"la oyunda ev komandası olsaq da, yenə də səfərdə oynadıq". Bunu Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimov deyib.Komandanın sabiq baş məşqçisi "Karvan-Yevlax"ın ən böyük probleminin doğma azarkeşlər önündə çıxış edə bilməməsi olduğunu açıqlayıb:"Bu gün ən böyük problemimiz "12-ci oyunçumuz" olan azarkeşlərin dəstəyindən məhrum olmağımızdır. Bir neçə futbolçumuz da var ki, komandaya qoşulsa da, zədə baxımından kömək edə bilmir. Milli komandalarıa görə yarnan fasilə bizim işimizə yarayacaq. Zədəli oyunçularımız da sıraya dönəcəklər. İnşallah, tam heyətlə növbəti turdakı rəqibimiz "Sumqayıt"a qarşı layiqli mübarizə aparıb, qələbə qazanıb, "qara zolaq"dan çıxacayıq".Qeyd edək ki, 7 turdan sonra aktivində 5 xal olan Yevlax klubu turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.