AZ

Anar Əlizadə Azərbaycanı tərk etdi

Neft satışı ilə məşğul olan Adnan Əhmədzadənin cinayət işi üzrə dindirildiyi deyilən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qohumu Anar Əlizadənin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.

Busaat.az gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Əlizadə 3 gün öncə Azərbaycanı tərk edərək Dubaya yollanıb.

İddialara görə Adnan Əhmədzadə ittiham olunduğu cinayətlərə görə vaxtilə ona kuratorluq etmiş Anar Əlizadəni günahkar elan edib.

Məhz Adnan Əhmədzadənin bu ifadəsinə görə Anar Əlizadənin istintaq tərəfindən dindirildiyi bildirilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.

Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Seçilən
18
20
busaat.az

10Mənbələr