AZ

Paytaxtda evlərdən soyğunçuluq edən şəxslər SAXLANILDI

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindənməişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşlarıtərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla həmin şəxslərin digər bir rayonsakininin həyətindən 35000 manat dəyərində məişət əşyalarıtalamaları da məlum olub.

Həmçinin Binəqədi rayonunda evlərin birindən 800 manat və 7200manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinənəvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynovpolis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
24
6
az.trend.az

10Mənbələr