AZ

Makron çətin seçim qarşısında...

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa prezidenti Makron çətin seçim qarşısında qalıb.

Milli.Az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Baş nazir Sebastyan Lekornyun istefasından sonra ciddi siyasi seçimlə üzləşəcək.

Bu barədə fransız politoloq Antuan Bristiel CNN-ə açıqlamasında bildirib.

"İndi Emmanuel Makronun cəmi iki real seçimi qalıb: ya Milli Assambleyanı buraxmaq, ya da istefa verib yeni prezident seçkilərinə yol açmaq. Böyük ehtimalla o, birinci variantı seçəcək," - deyə ekspert vurğulayıb.

Xatırladaq ki, bugün Lekornyu Fransanın baş naziri vəzifəsindən istefa verib. O, bu posta təyinatından cəmi bir ay keçməmiş vəzifəsini tərk edib. İstefanın səbəbi kimi onun təqdim etdiyi yeni hökumət tərkibinə qarşı yönələn kəskin tənqidlər, xüsusilə sağ partiyaların etirazları göstərilir. Lekornyu öz açıqlamasında istefasını ölkədəki siyasi qüvvələr arasında kompromis tapmağın mümkünsüzlüyü ilə izah edib. O, "irəliləməyə çalışdığını", lakin "partiyaların şəxsi maraqlarının" razılaşma əldə etməyə imkan vermədiyini qeyd edib.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
3
news.milli.az

4Mənbələr