AZ

Ceki Çan Qazaxıstanda film çəkir

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxstanda məşhur çinli aktyor və rejissor Ceki Çanın yer aldığı “Möcüzəli zireh” filminin çəkilişləri keçiriləcək.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu, əfsanəvi film franşizasının dördüncü hissəsi olacaq.

Layihə təşkilatçılarının verdiyi məlumata görə, filmin növbəti bölümü üçün çəkiliş məkanı kimi Qazaxıstan seçilib. Bu qərar Pekində aparılan danışıqlardan sonra qəbul edilib.

Məşhur aktyor Almatıdakı çəkiliş məkanlarını şəxsən özü seçdiyini açıqlayıb.

Qeyd edək ki, “Möcüzəli zireh” franşizası ilk dəfə 1986-cı ildə ekranlara çıxıb. Döyüş səhnələrini və şərq komediyasını birləşdirən bu film Ceki Çanı dünya ulduzuna çevirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
globalinfo.az

2Mənbələr