Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında günü 1 medalla başa vurublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mirxətai Məmmədov yarımfinalda Roman Selyutinə (Rusiya) uduzub.
O, şpaqa üzrə yarışda bürünc medalla kifayətlənib.
Qeyd edək ki, ümumilikdə qılıncoynatma millisinin heyətində 6 bürünc medal var.
*** 15:35
Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna səbəb şpaqa növündə mübarizə aparan Mirxətai Məmmədov ilə Vahab Fətullayevim 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.
İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.
Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.