AZ

İstefasının səbəbini açıqladı

Fransanın bu gün istefa verən Baş naziri Sebastyan Lekornu postunu tərk etməsinin səbəblərini açıqlayıb.

News365.az xəbər verir ki, ötən ay Baş nazir təyin edilən Lekornu bu barədə “The Washington Post” qəzetinə danışıb. 

Onun sözlərinə görə, ölkənin qütbləşmiş siyasi partiyaları arasında kompromisə nail ola bilmədiyi üçün istefa verib:

“Fransada hər bir siyasi partiyada özünü elə aparır ki, sanki parlamentdə üstünlüyə sahibdir. Baş nazir olmaq çətin tapşırıqdır, xüsusən də indiki məqamda”.

Xatırladaq ki, S.Lekornu sentyabrın 9-da Baş nazir təyin edilmişdi. O, dünən hökumətin yeni tərkibini açıqladıqdan sonra müxalifətin tənqidlərinə məruz qalıb.

Seçilən
26
1
news365.az

2Mənbələr