Son 5 ayda 9 saxta tanınma şəhadətnaməsi aşkarlanıb.
Operativ Media xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilib: "12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib. Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb. Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta