AZ

Onu Cənnətovla gözləyən cəhənnəm TƏHLÜKƏSİ QAPIDA!

Mehdi Cənnətov "İmişli" ilə görüşdən başlayaraq səhvləri sıraya düzür.

Aran təmsilçisi ilə matçda onun kobud xətasından sonra buraxılan qol komandanı məğlubiyyətə apardı.

Sadəcə meydan sahiblərinin texniki səhvi kiperin qanının arasında girdi - 3 xal əldən çıxmadı.

33 yaşlı qapıçı "Neftçi" ilə görüşdə də zəif bəndələrdən biri idi. Bir neçə epizodda onun səhvini "ağ qaralar" bağışladı.

Bənzər çıxış "Turan Tovuz"la görüşdə də davam etdi.

Qərb təmsilçisinin birinci qolunda Mehdi aşkar səhvlərlə yadda qaldı. Elə oyunun ipi də həmin qolla əldən çıxdı.

Baş məşqçi Saşa İliç isə hələ susur.

Normalda çalışdırıcı çoxdan Xəyal Fərzullayevə meydan verməli idi. Gənclər millimizin üzvünün qüsursuz olacağını iddia etmirəm.

Amma əsas qapıçı ardıcıl kobud səhvlər edirsə, dəyişdirilməlidir.

Ən azı bir müddət.

Bu şərtlər altında Cənnətov psixoloji çökməyə, "Kimyaçılar" isə xallar paylamaqla öz vəziyyətini çətinləşdirmiş olur.

Dəyişiklik yeni kəşfə yol aça bilər. Bəlkə, Xəyal çıxışı ilə təəccübləndirə biləcək? Ən azı belə məqamda heç olmasa şans almaq onun haqqıdır.

Digər tərəfdən Xəyal uğurlu olmasa belə, Mehdi ehtiyatda qalmaqla özünü toparlamış olar.

Nədənsə serbiyalı mütəxəssis yaranmış ağır durumda cənnət axtarışına Cənnətovla davam edir.

Bu gedişlə cəhənnəm onu yaxalamasa yaxşıdır...

XANOĞLAN İMANOV

Seçilən
1
sportinfo.az

1Mənbələr