AZ

"Adnan işi"ndə adı hallanan Əlizadə Azərbaycanı tərk etdi

Neft satışı ilə məşğul olan Adnan Əhmədzadənin cinayət işi üzrə dindirildiyi deyilən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qohumu Anar Əlizadənin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.

Hurriyyet.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Əlizadə 3 gün öncə Azərbaycanı tərk edərək Dubaya yollanıb.

İddia edilir ki, Adnan Əhmədzadə ittiham olunduğu cinayətlərə görə vaxtilə ona kuratorluq etmiş Anar Əlizadəni günahkar bilib. Məhz Adnan Əhmədzadənin bu ifadəsinə görə Anar Əlizadənin istintaq tərəfindən dindirildiyi vurğulanır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir.

Seçilən
14
18
hurriyyet.az

10Mənbələr