Hindistanın Rəcastan əyalətindəki Məhacjan poliqonunda "İndra-2025" adlı Rusiya-Hindistan birgə hərbi təlimləri başlayıb.
Gundem.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumat görə, oktyabrın 15-dək davam edəcək təlimlər beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığın və antiterror əməliyyatları taktikasının təkmilləşdirilməsinə yönəlib.