AZ

AzMİU və Holberton School arasında əməkdaşlıq genişlənir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və beynəlxalq “Holberton School” şəbəkəsi arasında əməkdaşlıq daha da dərinləşir. Bu məqsədlə “Holberton School”un baş icraçı direktoru (CEO) Florian Bucher,
“Holberton School Azerbaijan”ın rəhbəri Şəmsi Bayramzadə və İnformasiyaTexnologiyaları və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sektor müdiri Vüsalə Qurbanova AzMİU-da olublar və universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

Görüşdə universitetin hər iki tərəfdən nümayəndələr də iştirak ediblər. Tərəflər “Holberton School” şəbəkəsi ilə AzMİU arasında mövcud əməkdaşlıq əlaqələrini müzakirə edib, gələcək birgə layihələrin istiqamətlərini müəyyənləşdiriblər.

Rektor professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU informasiya texnologiyaları yönümlü ixtisaslarda tədrisi dünya standartlarına uyğunlaşdırmaq istiqamətində ardıcıl addımlar atır. Vurğulanıb ki, tələbələr üçün nəzəri biliklərləə yanaşı, praktiki təlimlərin təşkili onların əmək bazarına tam hazırlanmasına və rəqabətədavamlı kadr kimi yetişməsinə xidmət edir.

Florian Bucher və Şəmsi Bayramzadə AzMİU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hazırda AzMİU-nun 25 tələbəsi “Holberton School Azerbaijan”da təhsil alır. Onlar beynəlxalq proqram əsasında yüksək səviyyəli İT mütəxəssisləri kimi yetişdirilir.

Vüsalə Qurbanova isə İRİA tərəfindən ali təhsil müəssisələrində rəqəmsallaşma ilə bağlı aparılan işlərin diqqətlə izlənildiyini, AzMİU-nun təşəbbüslərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

AzMİU-nun İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə və İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdir müavini dosent Rəşad İsmibəyli çıxış edərək bildiriblər ki, “Holberton School” şəbəkəsi ilə əməkdaşlıq tədris imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Seçilən
8
3
azedu.az

5Mənbələr