AZ

Gürcüstanda 5 müxalifət lideri həbs edilib Prokurorluq ağır ittihamlar irəli sürdü

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkilərdən sonra Tbilisidə baş verən etiraz aksiyaları zamanı prezident sarayını ələ keçirməyə cəhd göstərən beş müxalifət lideri həbs edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, həbs edilən şəxslərə qarşı aşağıdakı ittihamlar irəli sürülüb:

- Konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış,

- Qrup halında zorakılıq təşkil etmək və bu zorakılıqda iştirak.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, etirazçılar aksiya zamanı prezident sarayını zəbt etməyə çağırış ediblər. Şənbə günü baş tutan nümayiş zamanı bir qrup iştirakçı saraya daxil olmağa cəhd göstərib. Polis buna cavab olaraq xüsusi vasitələrdən istifadə edib və aksiyanı dağıdıb.

Eyni zamanda, keçirilən seçkilərdə iqtidarda olan “Gürcü Arzusu” partiyasının namizədi Kaxa Kaladze üçüncü dəfə Tbilisi meri seçilib. Hökumət partiyası digər şəhərlərdə də seçkilərin qalibi olub.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr