AZ

Buffonun oğlu A Seriyasında debüt etdi

İtaliyanın və "Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffonun oğlu Lui Tomas Buffon ilk dəfə A Seriyasında meydana çıxıb.

Milli.Az xəbər verir ki, 17 yaşlı Lui Buffon A Seriyasının 6-cı turunda "Piza" klubunun heyətində "Bolonya"ya qarşı matçda debüt edib. O, görüşün 77-ci dəqiqəsində M'Bala Nzolanı əvəz edərək oyuna daxil olub.

Matçın gedişində "Piza" 36-cı dəqiqədə meydanda bir nəfər az qalıb və nəticədə "Bolonya" 53-cü dəqiqədə hesabı 4:0-a çatdıraraq qələbə qazanıb.

Gənc futbolçu adətən cinah mövqeyində çıxış etsə də, debüt matçında bir qədər mərkəzə yaxın oynayıb.

Hüseyn
Milli.Az

Seçilən
7
milli.az

1Mənbələr