AZ

“Liverpul”un hücumçusu millimizlə oyunda iştirak etməyəcək?

“Liverpul”un hücumçusu Uqo Ekitike Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və İslandiya ilə oyunlarını buraxa bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ulduz futbolçunun 23 nəfərlik siyahıya salınmasına baxmayaraq, millinin düşərgəsinə qoşulmadan ayrılması istisna edilmir.

Buna səbəb 23 yaşlı forvardın Çempionlar Liqasının II turunda “Qalatasaray”la səfər oyununda zədələnməsidir.

O, komandasının 0:1 hesabı ilə məğlub olduğu səfər görüşünün ikinci hissəsində ayağından xəsarət alıb. Nəticədə oyunu davam etdirə bilməyən Ekitike 68-ci dəqiqədə əvəzlənib.

Hücumçunun durumu Premyer Liqanın 7-ci turu çərçivəsində “Çelsi” ilə sabahkı matçda iştirak edib-etməyəcəyindən asılıdır.

Gənc futbolçu həmin qarşılaşmanı buraxsa, “Liverpul”un baş məşqçisi Arne Slot fransız həmkarı Deşamdan Ekitikeni heyətdən çıxarmağı xahiş edəcək.

O, bunun sayəsində forvardın milli fasilədən yararlanaraq zədəsini sağaldacağına inanır.

Seçilən
12
sportinfo.az

1Mənbələr