AZ

Qazax döyüşçü Şavkat Raxmonov döyüş meydanına qayıdır

Qazax döyüşçü Şavkat Raxmonov UFC-də növbəti qarşılaşmasına hazırlaşır.

İdman.biz xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

Yarımorta çəkidə (77 kq) üçüncü reytinqdə olan və məğlubiyyətsiz döyüşçü paylaşımında bildirib ki, o, uzun fasilədən sonra yenidən döyüş meydanına qayıtmaq istəyir:

“Hər gün məşq edirəm. Qayıdış yaxınlaşır, döyüş meydanına dönməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, 30 yaşlı idmançı UFC-də debütünü 2020-ci ildə edib və hazırda təşkilatda yeddi qələbəsi, heç bir məğlubiyyəti yoxdur. Sonuncu döyüşünü dekabr ayında UFC-310 tədbirində keçirən Raxmonov irlandiyalı İan Harrini hakimlərin yekdil qərarı ilə məğlub edib.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr