AZ

Muzey və kitabxanalar rəqəmsallaşdırılır, regionlarda yeni mədəniyyət evləri planlaşdırılır

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Mədəniyyət sahəsinin rəqəmsallaşdırılması, data əsaslı idarəetmə modelinin yaradılması və tətbiqi məqsədilə "e-Culture" rəqəmsal inkişaf strategiyası (2024–2026-cı illər) qəbul edilib və hazırda uğurla icra olunur.

BAKU.WS-ə Mədəniyyət Nazirliyindən bildirilib ki, incəsənət, yaradıcı sənayelər, maddi və qeyri-maddi mədəni irs, mədəniyyət təhsil müəssisələri və kitabxanalar daxil olmaqla bir neçə klasterdə rəqəmsallaşma prosesləri mərhələli şəkildə həyata keçirilir.

Kitabxana və muzeylərin rəqəmsallaşdırılması istiqamətində "Vahid Mədəniyyət Reyestri"nin formalaşdırılması üzərində işlər aparılır. Bu reyestr 10-dan çox alt-reyestri əhatə edəcək və kitabxana, muzey, yaradıcı sənaye və digər sahələri birləşdirəcək. Həmçinin, azad edilmiş ərazilərdə mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşmənin rəqəmsallaşdırılması üzrə işlər görülür. Gələcəkdə bu obyektlərin rəqəmsal əkizlərinin və virtual muzeylərin yaradılması planlaşdırılır.

Nazirlikdən qeyd olunub ki, 2026-cı ilə qədər 10 prioritet istiqamət üzrə 100-dən çox tədbirin icrası nəzərdə tutulur.

Bununla yanaşı, regionlarda mədəniyyət infrastrukturunun yenilənməsi istiqamətində də işlər aparılır. Bütün bölgələrdə mövcud mədəniyyət müəssisələrinin monitorinqi həyata keçirilir və yeni tipli mədəniyyət evlərinin yaradılması müzakirə olunur.

Məqsəd regionların mədəni həyatını canlandırmaq, yaradıcılıq potensialını gücləndirmək və mədəni xidmətlərə bərabər çıxışı təmin etməkdir.

Şahanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
baku.ws

2Mənbələr