Paytaxtda oğurluq edənlər saxlanılıb.
"Cebheinfo.az" DİN-ə istinadən xəbıər verir ki, paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.
"Cebheinfo.az"