ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Salyanın üç kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Salyan rayonu Təzəkənd kəndində yerləşən vətəndaşa məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyi seçilmiş diametri 159 mm-lik “Qarabağlı” orta təzyiqli daşıyıcı qaz kəmərinə qoşulması məqsədi ilə əlaqədar 07.10.2025-ci il saat 14:00-dan etibarən işlər başa çatanadək rayonunun Qarabağlı, Gomuşlu və Cavadlı kəndlərində (ümumi1734 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
“Təbii qazın verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi xahiş edirik”,- qurumdan əlavə olunub.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.