AZ

Dövlət əleyhinə çağırışlarda ittiham olunan şəxsə 5 il 6 ay həbs cəzası verildi

Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edildikdən sonra prokuror dövlət ittihamını müdafiə edərək Mehman Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Müşavirədən sonra elan olunan hökmə əsasən, təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, Mehman Məmmədov İsveçrədə mühacirətdə yaşayan blogerlər Manaf Cəlilzadə və Süleyman Süleymanlı ilə birgə qruplaşma yaradaraq, zorla hakimiyyəti ələ keçirməyə yönələn çağırışlar edib.

Məlumata əsasən, o, İsveçrə hökuməti tərəfindən ailəsi ilə birlikdə deportasiya olunaraq Azərbaycana ekstradisiya edilib.

Mehman Məmmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Seçilən
25
unikal.az

1Mənbələr