AZ

Bakıda narkoşəbəkə üzvləri saxlanıldı – VİDEO

Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər məhkum olunmuşlar – Məhəmməd Eminov və İsmayıl Vəliyev saxlanılıblar. Onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə 35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar olunaraq götürülüb.

Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminov və İ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də kimliyinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
8
22
konkret.az

10Mənbələr