AZ

Evdəki “Wi-Fi” təhlükəsizliyini artırmağın 5ÜSULU

Evimizdəki “Wi-Fi” təhlükəsizliyinin təmin edilməsi olduqca vacibdir. İnternetə qoşulan saysız-hesabsız “ağıllı” cihazlarla birlikdə, zəif qorunan şəbəkə kibercinayətkarlar üçün açıq dəvət mənasına gələ bilər.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, “Wi-Fi” cihazının daxili təhlükəsizlik parametrlərindən istifadə edərək məlumatlarınızı və məxfiliyinizi qorumaq üçün ata biləcəyiniz bir neçə vacib addım mövcuddur.

Sadə addımları izləməklə evinizdəki “Wi-Fi” təhlükəsizliyini artıra bilərsiniz:

1. Standart giriş məlumatlarını dəyişin

Şəbəkənizi qorumağın ilk və ən əsas addımı standart “admin” istifadəçi adını və parolunu dəyişməkdir. Hərf, rəqəm və xüsusi simvollardan ibarət, təxmin edilməsi çətin bir parol seçmək cihazın idarəetmə bölməsinə icazəsiz giriş riskini xeyli azaldar.

2. Ən son şifrələmə standartlarından istifadə edin: “WPA3” 

Şifrələmə, məlumatlarınızın simsiz şəbəkə üzərindən ötürülərkən təhlükəsiz qalmasının açarıdır. Hazırda mövcud olan ən yeni və təhlükəsiz “Wi-Fi” şifrələmə standartı “WPA3”dür. Əgər cihaz bu funksiyanı dəstəkləyirsə, mütləq ayarlardan “WPA3” şifrələməsini aktivləşdirin. Bu, məlumatlarınızın başqaları tərəfindən ələ keçirilməsini və ya kodunun sındırılmasını “WPA2” kimi köhnə standartlarla müqayisədə xeyli çətinləşdirəcək.

3. “WPS” funksiyasını söndürün

“Wi-Fi Protected Setup” (WPS) funksiyası cihazları şəbəkəyə parol yazmadan qoşmağı asanlaşdırır. Lakin bu rahatlıq ciddi təhlükəsizlik boşluğu da yaradır. Hakerlər “WPS” funksiyasındakı zəifliklərdən istifadə edərək şəbəkənizə bir neçə dəqiqəyə daxil ola bilərlər. Bu səbəbdən ayarlardan WPS funksiyasını deaktiv edin və yeni cihazları parolu əl ilə daxil edərək qoşun.

4. Cihazın proqram təlimatını müntəzəm olaraq yeniləyin

Cihazın istehsalçıları yeni aşkar olunan təhlükəsizlik boşluqlarını aradan qaldırmaq və performansı artırmaq üçün mütəmadi olaraq proqram təminatı (firmware) yeniləmələri yayımlayırlar. Cihazınızın idarəetmə panelindən bu yeniləmələri mütəmadi yoxlayın və mövcud olan kimi tətbiq edin.

5. Qonaqlar üçün ayrı şəbəkə yaradın

Evinizə gələn qonaqların internetə ehtiyacı olarsa, əsas şəbəkə parolunuzu paylaşmaq əvəzinə “qonaq şəbəkəsi” (guest network) yarada bilərsiniz. Əksər müasir cihazlar bu funksiyanı dəstəkləyir. Qonaq şəbəkəsi, ziyarətçilərin bağlantılarını əsas şəbəkədən tamamilə ayıraraq şəxsi kompüterlərinizin, telefonlarınızın və məlumatlarınızın təhlükəsiz qalmasını təmin edir. Cihazınızın ayarlarından bu seçimi aktiv edin və giriş məlumatlarını yalnız müvəqqəti ehtiyacı olan şəxslərlə paylaşın.

Seçilən
22
2
redaktor.az

3Mənbələr