Supermarket rəflərində bu gün müxtəlif növ yağlar — ucuz bitki yağlarından tutmuş, bahalı zeytun, avokado və hindqozu yağlarına qədər geniş çeşiddə məhsullar təqdim olunur.
E-saglam.az xəbər verir ki, uzun illərdir yağların sağlamlığa təsiri qidalanma müzakirələrinin əsas mövzularından biridir. Mütəxəssislər bildirirlər ki, yağlar tərkibinə görə fərqlənir və orqanizmdə eyni təsir göstərmir: bəzi yağlar xolesterin səviyyəsini yüksəldə, digərləri isə onu azalda bilər.
Qidalanma üzrə mütəxəssislərin fikrincə, zeytun yağı yüksək istiliyə qarşı davamlılığı və faydalı yağ turşuları ilə qızartmalar üçün də münasib sayılır. Bununla belə, onun ekstra virgin (soyuq sıxma) növünü deyil, rafinə edilmiş formasını istifadə etmək daha məqsədəuyğundur, çünki bu halda yağ yüksək temperaturda yanmadan bişirməyə imkan verir.
Xolesterin isə qaraciyərdə təbii şəkildə əmələ gələn yağabənzər maddədir və bəzi qidaların tərkibində də mövcuddur. Ona görə də, düzgün yağ seçimi həm ürək-damar sağlamlığını qorumaq, həm də ümumi qidalanma balansını saxlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az