AZ

Qardaşının onun keçmiş klubuna vurduğu qola o qədər sevindi ki... FOTO

Fransa Liqa 1-in 7-ci turunda PSJ səfərdə “Lill”in qonağı olub.

Sportinfo.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın əvvəlində PSJ 1:0 önə keçsə də, “Lill” 85-ci dəqiqədə məğlubiyyətdən yaxa qurtarıb.

Meydan sahiblərinin qolunu Kilian Mbappenin qardaşı Ethan Mbappe vurub.

Matçı tribunadan izləyən Kilian qardaşının qolunu çılğın şəkildə qeyd edib. Onun sabiq komandası PSJ-yə vurulan bu qolu belə qarşılaması diqqət çəkib.

Seçilən
9
sportinfo.az

1Mənbələr