AZ

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi MDB Oyunlarında 4-cü olub

Gəncə, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 15:16 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bununla da Azərbaycan millisi Oyunları 4-cü pillədə bitirib.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

 

Seçilən
7
2
azertag.az

6Mənbələr