AZ

Qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib (FOTO)

Bakı. Trend:

Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır,Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yoluilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Busəbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və BaşDövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı iləqanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib.

Trend xəbərverir ki, reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadansərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıbvə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci(Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarınınpozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib.Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.

Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişlisərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılışvəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNAtərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniştələb olunmur.

Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkənelektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar.Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiyasistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadansərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradanhaldır.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyintələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyatvasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isətibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanıformulyar doldurmaq tövsiyə olunur.

Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Seçilən
10
18
az.trend.az

10Mənbələr