AZ

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə hökm oxunub

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Mehman Məmmədova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mehman Məmmədova 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb./APA


Seçilən
5
6
news365.az

7Mənbələr