AZ

Razi Nurullayev Rövşən Rzayevlə bağlı hüquq mühafizə orqanlarına çağırış etdi: Cəzasını alsın...

““Balaxanı Oil”in prezidenti Rövşən Rzayevdir. Köməkçisinə zəng etdim, danışdım. Özü də demişdi ki, görüşüb danışmaq istəyirəm. Niyə gizlənirsən? “Balaxanı Oil”in səhifəsinə girin, rəhbərin adı yoxdur ki, kimdir. Səhifədə yazılan telefonlarına zəng etdim, götürmürlər. Telefonu götürməyəcəksə, niyə səhifəyə qoyub? Bu neft Azərbaycan xalqına məxsusdur. Sən Azərbaycan xalqının neftindən varlanırsan, onu yeyirsən, ondan maaş alırsan, oğurlayırsan, bilmirəm, nə edirsən. Sənə zəng edirəm, niyə telefonu qaldırmırsan? Mobil nömrəni tapıb zəng edirəm, götürmürsən. “Votsap”dan yazıram, görürsən, niyə cavab vermirsən? Sənin nə oğurluq işin var?”

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev “TNS” TV-də deyib.

“Deməli, bunlar oğurluqla, zülmlə, ən böyük haqsızlıqla məşğuldurlar. Bunun faktları da var. Hüquq-mühafizə orqanları bu haqda düşünməlidirlər. Bir çox məsələlərin şahidi oluruq. Nəyə görə dövlətimiz inkişaf etmir? Oğurluqları çoxdur. Bütün bu maxinasiya mənbələrin hamısı açılmalıdır. Bunun izinə də düşmüşük. Deyilməlidir ki, cəzalarını alsınlar. Bu xalqın sərvəti heç kimin cibi üçün deyil. Nə də onlar üçün deyil. Söhbət neft şirkətindən, milyonların sahibindən gedir. Azərbaycan xalqının nefti ilə dolanırsan. “Binəqədi Oil” də telefonu götürmür. Bu boyda şirkətin telefonu işləmirsə, Milli Məclisə, deputatına qoyduğu münasibət budursa... Onların səhv işləri yoxdursa, niyə məndən gizlənirlər?”, deyə deputat bildirib.

Poliqon.info

Seçilən
7
1
poliqon.info

2Mənbələr