ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq, yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
Trend-in məlumatına görə, bu işlərin davamı kimi Ağdərə rayonunun Çapar, Həsənriz kəndlərində 144 fərdi yaşayış evi, Xocalı rayonunun isə Xanyurdu, Ballıca, Təzəbinə kəndlərində 171 fərdi yaşayış evlərinin cari təmirinin layihələndirilməsi işləri aparılacaq.
Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum sözügedən işlərin icrasını "Himmen Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 291,8 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Himmen Construction” (MMC) 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Vəkilov Sənan Sahib oğludur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.