GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında danışıqlar başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bu görüşün girovların azad edilməsi və Qəzzada atəşin kəsilməsi ilə bağlı yekun görüş olacağı ehtimal olunur. Danışıqlar ABŞ və Misirin vasitəçiliyi ilə təşkil edilib, tərəflər birbaşa əlaqəyə girməyib.
Danışıqların əsas məqsədi israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsidir. Məlumata görə, yüzlərlə fələstinli İsrail həbsxanalarında saxlanılır, onların arasında terakt ittihamı ilə saxlanılanlar da var. “Israel Hayom” qəzetinin məlumatına görə, sağ qalan 20 nəfər girov razılaşma əldə edildikdən sonra 72 saat ərzində təhvil verilə bilər. Girovların meyitlərinin təhvil verilmə prosesi isə uzanacaq.
ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
İsrail nümayəndə heyəti isə Şarm əl-Şeyxə strateji işlər naziri Ron Dermerin rəhbərliyi altında səfər edib. HƏMAS tərəfindən hərəkatın xarici ölkədəki liderlərindən biri olan Xəlil-əl-Həyya iştirak edir.
Danışıqlarda, həmçinin, Almaniya və Qətərdən də diplomatlar iştirak edir.
Aysel Əliyeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.