İngiltərə mediasında Ruben Amorim ilə bağlı bir-birinə zidd xəbərlər yayılmaqda davam edir.
“Mançester Yunayted” rəhbərliyi belə məqamda baş məşqçi ilə bağlı qərar qəbul edib.
“The Athletic”in məlumatına görə, komanda İngiltərə premyer-liqasının 7-ci turunda “Sanderlend”ə uduzsa belə, klub rəhbərliyi onu istefaya göndərməyəcək. MY-nin sahibi Cim Retkliffklubun idman rəhbərliyini dinləsə də, Amorimin gələcəyi ilə bağlı yekun qərar Retkliffin öhdəsində olacaq. Hazırda britaniyalı iş adamı hesab edir ki, portuqaliyalı məşqçi cari mövsüm sona çatmadan qovulmamalıdı. O, Amorimin qismən yeni heyətlə işlədiyini və hələ də öz futbol fəlsəfəsini oyunçulara çatdırmağa çalışdığını nəzərə alır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta