AZ

"Çelsi"nin kapitanı İngiltərə millisindən kənarlaşdırıldı

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Çelsi"nin kapitanı Ris Ceyms heyətdən kənarlaşdırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sağ cinah müdafiəçisi zədəlidir. Ceymsin əvəzinə baş məşqçi Tomas Tuxel milliyə "Mançester Siti"də çıxış edən Niko O'Rayli çağırıb.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uels və Latviya ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
10
2
sportal.az

3Mənbələr